Bizi daha yaxından tanıyın
Haqqımızda
SƏDƏRƏK TİCARƏT MƏRKƏZİ — Ticarətin döyünən ürəyi!
Sədərək Ticarət Mərkəzi
Alıcılarla sahibkarların görüşdüyü ünvan
Sədərək Ticarət Mərkəzi Azərbaycanın ən böyük və tanınmış ticarət məkanlarından biri olaraq, uzun illərdir alıcılarla sahibkarları bir araya gətirir.
Paytaxt Bakıda yerləşən ticarət mərkəzimiz geniş mağazalar şəbəkəsi, zəngin məhsul çeşidləri, topdan və pərakəndə satış imkanları ilə ölkənin ticarət həyatında mühüm yer tutur.
Geyim və tekstildən məişət əşyalarına, tikinti materiallarından mebel və təsərrüfat məhsullarına qədər müxtəlif kateqoriyalar üzrə alış-veriş imkanları təqdim edən Sədərək Ticarət Mərkəzi həm fərdi alıcıların, həm də sahibkarların üz tutduğu mühüm ticarət məkanıdır.
Missiyamız
Alıcılar üçün geniş seçim imkanları yaratmaq, sahibkarların fəaliyyətinə dəstək olmaq və Azərbaycan ticarətinin inkişafına töhfə verməkdir.